Dövlət Xidmətindən bildirilib ki, görüşdə texniki tənzimləmə sahəsində laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni sınaq laboratoriyalarının yaradılması və onların maddi texniki təchizatının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbirdə bir sıra dövlət qurumlarının, o cümlədən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş müstəqil sınaq laboratoriyalarının 100-dən çox nümayəndəsi iştirak edib.
