Sizin reklam burada
Sizin reklam burada
  • “Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

    Türkiyənin “Fənərbağça” futbol klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

    Bu barədə İstanbul təmsilçisinin rəsmi sosial şəbəkə hesabında məlumat yayımlanıb.

    Bildirilib ki, 64 yaşlı mütəxəssis vəzifəsindən ayrılmaq qərarını klub rəhbərliyinə çatdırıb. Tərəflər arasında aparılan danışıqlardan sonra qərar qarşılıqlı anlaşma və hörmət çərçivəsində qəbul edilib.

    “Fənərbağça” rəhbərliyi İsmayıl Kartala klub üçün göstərdiyi səylərə, fədakarlığına və bağlılığına görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

    Qeyd edək ki, “Fənərbağça” Türkiyə çempionatında 9 turdan sonra 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ