Sizin reklam burada
Sizin reklam burada
  • FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

    “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

     Azərbaycan çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter” klubu ilə üz-üzə gəlib.

    Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Bakı təmsilçisinin 87:80 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, “Sabah” əvvəlki iki turda Litvanın “Ritas” klubuna 73:82 və Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabları ilə uduzub.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ