Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

    Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununda qələbə qazanıb.

     Bakı təmsilçisi səfərdə Danimarkanın “Holte” komandası ilə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Setlər 25:14, 26:24, 22:25, 25:22 hesabları ilə başa çatıb.

    Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ