Sizin reklam burada
Sizin reklam burada
  • Aqil Məmmədov: "Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün də əlamətdar hadisədir"

    "Son illər ölkəmizdə bir çox yeni su anbarları, su kanalları çəkilir və mövcud sistemlər əsaslı təmir olunur. Həyata keçirilən bu infrastruktur layihələri çərçivəsində Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır."
    Bunu "atributinfo.az"a açıqlamasinda Milli Məclisin deputatı Aqil Məmmədov deyib. O, bildirib ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir:
    "Cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şirvan suvarma kanalının əhəmiyyətini vurğulayaraq qeyd etmişdir: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək”.
    Yenidən qurulacaq Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün də əlamətdar hadisədir.
    Deputat açıqlamasinda onu da bildirib ki, uzun illər ərzində isitismar olunan Şirvan suvarma kanalının böyük hissəsinin yararsız hala düşməsi nəticəsində böyük su itkilərinə gətirib çıxarırdı. Şirvan kanalı istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq:
    "Prezident İlham Əliyevin vurğuladığı kimi yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaq. Bu da ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi bir imkan deməkdir.
    Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərlə işğalçıların qovulmasından sonra Azərbaycan regionun bütün əsas çaylarının və su anbarlarının drenajına tam nəzarət edir və uzunmüddətli əsaslarla su infrastrukturunun modernləşdirilməsi üzrə layihələr planlaşdırıb həyata keçirə bilir. Bu, gələcək üçün son dərəcə vacib məqamdır. BMT və bir sıra digər beynəlxalq analitik mərkəzlərin proqnozlarına görə, 2040-cı ilə qədər planetdə əsas qıt resurs içməli və suvarma suyu olacaqdır. Su anbarlarının ölkənin iqtisadi dövriyyəsinə qaytarılması nəticəsində Azərbaycanda şirin və suvarma su sahəsində vəziyyət xeyli yaxşılaşacaqdır. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının ümumi su resurslarımızın 25 faizini təşkil etməsini nəzərə alsaq su çatışmazlığının aradan qaldılmasına yönəlmiş addımların ürəkaçan olduğunu qeyd edə bilərik.
    Göründüyü kimi, bütün bu həyata keçirilən irimiqyaslı infrastruktur layihələrini heç bir beynəlxalq maliyyə dəstəyi almadan öz hesabına həyata keçirən Azərbaycan strateji əhəmiyyətli layihələri reallaşdırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir. Ölkə başçısı cənab İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir."- Aqil Məmmədov deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ