Sizin reklam burada
Sizin reklam burada
  • Mikayıl Cabbarov Çində konfransda iştirak edib

    Atributinfo.az xəbər verir ki, Azərbaycanın Çində işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Çində İnvestisiya ilində: Xidmət Sektorunda Daha Açıqlığın Təşviqi Konfransı"nda iştirak edib.
    Bu barədə iqtisadiyyat naziri "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verib.
    "Çin Beynəlxalq Xidmətlər Ticarət Sərgisi (CIFTIS) çərçivəsində keçirilən "Çində İnvestisiya ilində: Xidmət Sektorunda Daha Açıqlığın Təşviqi Konfransı" adlı tədbirdə biz qlobal tərəfdaşlıqların genişləndirilməsində xidmət sektorunun əhəmiyyətini vurğuladıq.
    Konfrans çərçivəsində Çin Xalq Respublikasının ticarət naziri Vanq Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi potensialı barədə fikir mübadiləsi apardıq" - nazir paylaşımında əlavə edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ