Sizin reklam burada
Sizin reklam burada
  • Dövlət büdcəsinin profisiti 1,1 milyard manatı ötüb

    Atributinfo.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 18 milyard 766,6 milyon manat vəsait daxil olub.
    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
    Bildirilib ki, bu ötən ilin eyni dövrünə nisbətən 4,8% çoxdur.
    2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin xərcləri isə 14,9% artaraq, 17 milyard 620,5 milyon manata çatıb.
    Nəticədə, büdcənin icrasında 1 milyard 146,1 milyon manatlıq profisit (artıqlıq) yaranıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə azdır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ