Bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət “Ata Bank”a məxsus 38 ədəd qeyri-işlək vəziyyətlərdə olan bankomatdan, “Dəmir Bank”a məxsus 18 ədəd qeyri-işlək vəziyyətlərdə olan bankomatdan, eləcə də, “Dəmir Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1-69/2-69/3-69/4 ünvanında yerləşən 485,9 kv.metrlik 4 fərdi yaşayış evindən gedir.
Bankların daşınar əmlaklarına müvafiq olaraq 4,8 min manat və 2,3 min manat, “Dəmir Bank”ın daşınmaz əmlaklarına isə 1 milyon 912,5 min manat, 1,870 milyon manat, 1,870 milyon manat və 1 milyon 742,5 min manat qiymət qoyulub.
/atributinfo.az/
