Atributinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" hesabında paylaşım edib.
Nazir qeyd edib ki, investisiya dəyəri 25 mln. manat olan müəssisə ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək:
"Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir".
/atributinfo.az/
