Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" hesabında paylaşım edib.
"Yevlax Pilot Aqroparkda fərdi sahibkar Əli Əhmədova və "Kronos Agro" MMC-yə rezident statusu verilib. Rezidentlər tərəfindən 61,9 hektar sahədə investisiya həcmi 938,4 min manat olan intensiv meyvə bağları salınacaq, 19 nəfər daimi, 128 nəfər isə mövsümi işlə təmin ediləcək", - nazir bildirib.
/atributinfo.az/

