Bunu "Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev Kəlbəcərə təşkil edilmiş mediaturda bildirib.
"Bu istiqamətdə "Ağcabədi" yarımstansiyası yenidən qurulub, "İmişli" yarımstansiyasının yenidən qurulmasına başlanılıb. Şərqi Zəngəzur və Qarabağın ölkənin ümumi enerji sisteminə qoşulması üçün bu günə qədər azad olunmuş ərazilərdə 12 yerdə 110 Kv-luq yarımstansiyalar tikilərək istismara verilib, uzunluğu 700 km-ə yaxın 110 kv-luq və 330 kv-luq elektrik xətləri çəkilib, - deyə o qeyd edib.
/atributinfo.az/
