Sizin reklam burada
Sizin reklam burada
  • Dövlət büdcəsinə vergi daxilolmaları yarıdan çox artıb

    2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,4% artaraq 7 mlrd. 672,2 mln. manat təşkil edib.
    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
    Nazir qeyd edib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 4 mlrd. 3,4 mln. manat olub.
    "Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var", - M.Cabbarov yazıb.
    Dövlət büdcəsinə vergi daxilolmaları yarıdan çox artıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ