Sizin reklam burada
Sizin reklam burada
  • “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz yerini tutmaqdadır

    "Ulu Öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz yerini tutmaqdadır."
    Bu fikirləri "Atributinfo.az"-a açıqlamasinda
    Saatlı Rayon İcra Hakimiyyətində İctimai siyasi və Humanitar məsələlər şöbəsində baş məsləhətçi Aqşin Məmmədov söyləmişdir. O, əlavə etmişdir ki,
    Ulu Öndərin Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi idarəetmədə islahatların aparılması istiqamətində atdığı mühüm addım Dünya Bankı qrupu və Beynəlxalq Valyuta Fondu ilə uğurlu əməkdaşlığın qurulmasıdır.:
    "Bu əməkdaşlıq sayəsində Azərbaycan 1990-cı illərin ortalarından etibarən iqtisadi islahatları həyata keçirmək üçün böyük ehtiyac duyduğu yüz milyonlarla dollar güzəştli kreditləri əldə edə bildi. Sonrakı mərhələdə bu qurumlar ölkə iqtisadiyyatının müxtəlif sektorlarında icra olunan layihələrə milyardlarla dollar ayırdılar.Ümummilli Liderin uğurlu iqtisadi siyasətindən danışarkən məhz onun özünün təşəbbüsü ilə Azərbaycanda başladılan böyük özəlləşmə və torpaq islahatını qeyd etməmək mümkünsüzdür: “Ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublikadır. Ölkə vətəndaşları keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin edildilər. Bunun da nəticəsində 3,5 milyona yaxın insan torpaq mülkiyyətçisi oldu.Ulu Öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz yerini tutmaqdadır. Neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektoru sürətlə inkişaf edir, ölkəmizin ixrac imkanları genişlənir."- Aqşin Məmmədov demişdir.

    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ