Sizin reklam burada
Sizin reklam burada

İran Azərbaycanla ticarət dövriyyəsinin həcmini açıqlayıb

İran Azərbaycanla ticarət dövriyyəsinin həcmini açıqlayıb Son 4 ay ərzində (mart-iyul) İranın Azərbaycanla ticarət dövriyyəsi 245 milyon dollar dəyərində 259 min ton təşkil edib.
Bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.
R.Lətifinin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 74,2% artıb.
Gömrük rəsmisi bildirib ki, 4 ayda İran Azərbaycana təxminən 232 milyon dollar dəyərində 250 min tondan çox məhsul ixrac edib, Azərbaycandan isə 13,5 milyon dollar dəyərində 8,6 min ton məhsul idxal edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 24,2% artıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ