Sizin reklam burada
Sizin reklam burada

Vəfat etmiş Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr onların vərəsələrinə veriləcək

Vəfat etmiş Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr onların vərəsələrinə veriləcək Vəfat etmiş Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr onalrın vərəsələrinə veriləcək.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib.
O qeyd edib ki, adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır. Bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək.
“Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda isə vərəsə (vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə aşağıda qeyd edilən sənədləri DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim etməlidirlər:
- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;
- birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;
- vərəsəlik hüququ haqqında şəhadətnamə;
- vərəsənin (vərəsələrin) şəxsiyyət vəsiqəsi;
- vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).
Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği təşkil edir:
➢ I dərəcə əlilliyə görə - 8 800 manat
➢ II dərəcə əlilliyə görə - 6 600 manat
➢ III dərəcə əlilliyə görə - 4 400 manat
Bu mövzuda sualları yaranan şəxslər 142 – Çağrı Mərkəzinə, nazirliyin, DOST Agentliyi və DSMF-nin rəsmi saytına, sosial şəbəkə hesablarındakı mesaj bölməsinə, həmçinin [email protected] e-ünvanına və ya poçt vasitəsilə müraciət edə bilərlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ