Sizin reklam burada
Sizin reklam burada
  • Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olub

    Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olubAzərbaycanda ötən illərdə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olub.
    Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanaraq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorları ilə yanaşı kənd təsərrüfatı sahəsində də davamlı artım tendensiyası müşahidə olunmaqdadır.
    Kənd təsərrüfatı sahəsində Göyçay və Ağdaş rayonlarında fəaliyyət göstərən sahibkarların işlərini əlaqələndirmək məqsədilə 27 iyul 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanuna, habelə Parlamentin reqlamentlərinə uyğun olaraq əraziyə səfəri çərçivəsində içərisində şəhid ailələrinin də olduğu Göyçay və Ağdaş fermerləri ilə görüş keçirib, onlarla çay süfrəsi ətrafında xoş, mehriban söhbət aparıb.
    Görüşdə ilk öncə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları dərin ehtiramla yad edilib.
    Millət vəkili Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən ardıcıl tədbirlərin mikroiqtisadi mühitdə sabitliyi təmin etdiyini vurğulayıb:
    “Bu gün postpandemiya və postmüharibə dövründə dayanıqlılığı təmin etmək üçün, habelə dördüncü sənaye inqilabının genişlənməsi, rəqabətədavamlı iqtisadi mühitin formalaşması və əhalinin rifah halının yüksəldilməsi məqsədilə müxtəlif iqtisadi sahələrdə dövlət proqramları həyata keçirilir, habelə əhalinin iştirakçılığı təmin olunur.
    Xüsusilə sahibkarlığın, o cümlədən kənd təsərrüfatının inkişafı hökumətin gündəliyində əsas prioritet hesab olunan istiqamətlərdəndir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamların əsasında ölkəmizdə AKİA və KOBİA kimi agentliklərin yaradılması, həmçinin sahibkarların özünəməşğulluq proqramlarına cəlb edilməsi dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirməyə köməklik göstərir.”
    Eyni zamanda M.Əfəndiyev qlobal pandemiyanın yaratdığı maneələrə baxmayaraq qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində iqtisadi artımların müşahidə olunmasını qeyd etdi. Göyçay-Ağdaş rayonları aqrar rayon hesab olunduğundan bitkiçilik, heyvandarlıq, meyvə-tərəvəz sahəsində fərdi sahibkarlıqla məşğul olan şəxslərə dövlət qayğısından və son vaxtlar qəbul olunmuş proqramlardan danışaraq iştirakçıları məlumatlandırdı.
    Milli Məclisdə də sahibkarların fəaliyyətinə dəstək olan qanunvericilik təşəbbüslərindən, habelə üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il ərzində gördüyü işlər, xüsusilə sahibkarlara aid qəbul olunmuş qanun layihələri haqda da bəhs etdi.
    Daha sonra deputat fermerləri maraqlandıran sualları yerindəcə aidiyyatı üzrə istiqamətləndirilmiş və cavablandırılmışdır.
    Sonda iştirakçılar görüşə və səmimi söhbətə görə Məzahir Əfəndiyevə öz minnətdarlıqlarını bildirdilər.
    Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olubRəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olubRəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olub

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ