Sizin reklam burada
Sizin reklam burada
  • Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımaları ilin sonunadək altı dəfə artacaq

    Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımaları ilin sonunadək altı dəfə artacaq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzərində işləmək lazımdır.
    Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda Qazaxıstan istehsalçılarının ticari-iqtisadi missiyası zamanı deyib.
    Onun sözlərinə görə, bu ilin sonunadək həmin marşrutla yük daşımalarının altı dəfə artacağı gözlənilir.
    "Post-pandemiya dövründə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artıb, birbaşa aviareyslər işə salınıb. Bugünkü missiya ticari-iqtisadi əməkdaşlığın artımına xidmət edəcək", - səfir deyib.
    Səfir xatırladıb ki, 2022-ci ilin avqustunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.
    "Bu il Qazaxıstan prezidentinin Azərbaycana səfəri gözlənilir. Səfər zaman bir sıra sənədlərin imzalanması nəzərdə tutulub", - deyə o bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ