Sizin reklam burada
Sizin reklam burada
  • Ələt Azad İqtisadi Zonasında böyük işlərə start verilib

    Ələt Azad İqtisadi Zonasında böyük işlərə start verilibİltizam Yusifov
    Milli Məclisin deputatı

    Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin dəvəti və başçılığı ilə Deputat həmkərlarımla görülən işlərlə yerində tanış olmaq üçün Ələt İqtisadi Zonasına (AFEZ) səfər etdik.
    Ələt İqtisadi Zonasınının səlahiyyətli qurumun İdarə Heyətinin sədri Valeh Ələskərov Ələt AİZ-nın tanıtım təqdimatını etdikdən sonra, Deputatları görülən işlər- beynəlxalq standatlara uyğun yaradılaçaq infrastruktur, gömrük keçid, loğistika mərkəzləri, istehsalat sahələri olacaq ərazilərdə görülən işlərlə tanış etdi. Sonra Ələt AİZ ilə bağlı, müzakirələr aparıldı, deputatları maraqlandıran suallar cavablandırıldı.
    Dogrudan da böyük işlərə start verilib. Hesab edirəm ki, Ələt AİZ -nın fəaliyyətə başlaması ölkəmizdə sənayeləşməni sürətləndirəcək, o cümlədən yeni texnologiyaların ölkəmizə gətirilməsinə, iqtisadiyyatın digər sahələrinin inkişafına, iş yerlərinin yaradılması və sonda vətəndaşların sosial rifahına müsbət təsir göstərəcəkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ