Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 107,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 105,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel azdır.
