Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan nefti bahalaşıb

    Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 102,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,19 dollar/barel çoxdur.
    Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,03 dollar/barel çoxdur.
    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 84,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,72 dollar/barel çoxdur.
    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 103,2 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,7 dollar/barel çoxdur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ