Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin 4 komitəsi İntizam komissiyası ilə birgə 2022-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edib

Milli Məclisin 4 komitəsi İntizam komissiyası ilə birgə 2022-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edib Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq bildirib ki,parlamentin müzakirəsində olan 2022-ci ilin dövlət və icmal büdcələri Büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb. Birinci vitse-spiker gələn ilin büdcəsinin 30 illik müstəqillik tarixinin ən böyük büdcəsi olduğunu xüsusi vurğulayıb və həm müharibə dövründə, həm də müharibədən sonra çox böyük vəsaitlərin xərclənməsinə baxmayaraq, indi təqdim olunan büdcənin məbləğininöz-özlüyündə Azərbaycan dövlətinin və iqtisadiyyatının qüdrətini və dayanıqlığınıgöstərdiyini qeyd edib.
Sonra maliyyə naziri Samir Şərifov büdcəni təqdim edib. 2022-ci il dövlət və icmal büdcələrinin tərtibində rəhbər tutulan göstəricilərdən bəhs edən Samir Şərifov vurğulayıb ki, gələn ilin büdcəsi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun hazırlanıb. Maliyyə naziri bildirib ki, Prezidentin həmin sərəncamına uyğun olaraq,“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”da artıq dövlət başçısına təqdim olunub və bu sənədin qəbulundan sonra 2022-ci il dövlət büdcəsinə və ortamüddətli dövr üzrə əsas icmal büdcənin parametrlərinə, ümumiyyətlə büdcə-vergi siyasətinə müəyyən dəyişikliklərin edilməsi istisna deyil.
Büdcə proqnozları barədə məlumat verən nazir vurğulayıb ki, gələn il üçün ÜDM-də artım 3,9%-ə, o cümlədən qeyri-neft sektoru üzrə 4,9%-ə, bir barel xam neftin satış qiyməti isə 50 ABŞ dollarına bərabər götürülüb.
Maliyyə naziri büdcəvergi siyasətinin ana xəttini makroiqtisadi sabitliyin dayanıqlığının təmin edilməsi, iqtisadi artımın və sahibkarlığın inkişafını dəstəkləyən, əhalinin həssas qruplarının, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyasının davametdirilməsi,“Böyük qayıdışın” təmini və ölkənin müdafiə qabiliyyətinin artırılması kimi tədbirlər təşkil edəcəyini bildirilib və dövlət büdcəsinin xərc istiqamətlərini təhlil edib.
Çıxışının sonunda icmal büdcənin əsas parametrləri barədə də deputatlara qısa məlumat verən nazir deputatlarıAzərbaycan Prezidenti İlham Əliyevin daim prioritet hədəf kimi diqqətdə saxladığı əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi inkişafın stimullaşdırılması üçün maliyyə təminatının yaradılmasına xidmət edəcək 2022-ci ilin dövlət və icmal büdcələrini dəstəkləməyə çağırıb.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2022-ci ilin Dövlət Büdcəsinə dair hazırladığı rəyini təqdim edib. O, rəydə ali audit orqanının istifadə etdiyi qiymətləndirmələr və standartlar barədə məlumat verib. Palatanın rəyinə görə, 2022-ci ilin Dövlət Büdcəsinin tərtibində və strukturunda qanunvericiliyin tələbləri əsasən gözlənilib.Büdcə zərfinə daxil edilmiş məlumatların təhlili göstərir ki, palatanın əvvəlki rəylərində qeyd edilmiş məsələlər nəzərə alınıb. Təqdim olunan büdcənin bir sıra pozitiv meyllərini də qeyd edən Vüqar Gülməmmədov müxtəlif fiskal diaqnostika alətlərinin tələbləri və beynəlxalq təcrübədən irəli gələrək rəyə daxil edilən bir sıra tövsiyələrdən – təqdim olunan məlumatların əhatə dairəsinin genişləndirilməsininvacibliyindən, Dövlət Neft Fondundan birbaşa transfertlərə məhdudiyyətin qoyulmasındanbəhs edib. Palata sədri növbəti ilin dövlət büdcəsinin xərclərində “İqtisadi fəaliyyət”, “Əməyin ödənişi” kimi bölmələrin xüsusi çəkisininəvvəlki kimiyüksək saxlandığını vurğulayıb.
Büdcə müzakirələrində İntizam komissiyasının sədri Eldar İbrahimov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış ediblər.
Komitə sədrləri işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdışın büdcədə prioritetdə saxlanmasını, rayonların özünü maliyyələşdirməsi kimi müsbət tendensiyaları xüsusi qeyd ediblər. Deputatlar müharibədən sonra büdcənin tarazlı olmasını və büdcədə iqtisadi artımınstimullaşdırılması, əhalinin sosial müdafiəsi, əməkhaqlarının artırılması, hərbi qüdrətin möhkəmləndirilməsi kimi tədbirlərə kifayət qədər vəsaitin nəzərdə tutulmasını müsbət qiymətləndiriblər, müəyyən məsələlərlə bağlı fikirlərini bildiriblər.
Həmçinin İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva,Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Məmmədov,Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Razi Nurullayev, Naqif Həmzəyev, Vüqar İskəndərov, Elman Nəsirov, Arzu Nağıyev, Nəsib Məhəməliyevmüzakirə olunan sənədlə bağlısuallarını və təkliflərini səsləndiriblər.
Sonra iclasda nazir Samir Şərifov müzakirələrdə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarıcavablandırıb.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Birgə iclasda deputatlar Kamal Cəfərov, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Aqil Abbas, Elman Məmmədov, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə, Nigar Arpadarai, Ramil Həsən, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Asim Mollazadə, Rasim Musabəyov, Afət Həsənova, həmçinin iqtisadiyyat nazirinin müaviniSevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniAnar Kərimov, Maliyyə Nazirliyinin idarə rəisiFazil Fərəcov, Dövlət Sosial Müdafiə Fondunun direktoruHimalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin direktoruMustafa Abbasbəylivə digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin 4 komitəsi İntizam komissiyası ilə birgə 2022-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edibMilli Məclisin 4 komitəsi İntizam komissiyası ilə birgə 2022-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edibMilli Məclisin 4 komitəsi İntizam komissiyası ilə birgə 2022-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ