Sizin reklam burada
Sizin reklam burada
  • “Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

    “Sabah” komandası bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

    Təmsilçimiz Norveçin “Vikinq” klubu ilə üz-üzə gələcək.

    Stavanger şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçın baş hakimi niderlandlı Sander van der Eyk olacaq.

    Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv əvvəlki görüşlərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4, Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə uduzub. “Sabah” Çexiyanın “Slaviya” komandasını isə 2:0 hesabı ilə məğlub edib.

    “Vikinq” isə turnirin liqa mərhələsində keçirdiyi üç oyunda qələbə qazana bilməyib. Norveç klubu İngiltərədə “Aston Villa”ya, Almaniyada “Ştutqart”a 1:3 hesabı ilə məğlub olub. Komanda doğma meydanda “Bavariya” ilə 3:3 hesablı heç-heçə edib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ