Sizin reklam burada
Sizin reklam burada
  • Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib


    Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib, daha iki gəmi saxlanılıb.

    Bu barədə İranın “Mehr” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadla məlumat yayıb.

    Bildirilib ki, gəmilər Hörmüz boğazının cənubunda keçid üçün qadağan olunmuş ərazidən hərəkət etməyə cəhd göstərərkən minalara düşüb. İİKK-nın açıqlamasına görə, tankerlərdə yanğın baş verib, daha iki gəminin hərəkəti dayandırılıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ