Bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, qərar layihəyə qarşı kəskin tənqidlər və FIFA daxilində fikir ayrılıqları səbəbindən qəbul edilib. UEFA, CONCACAF, AFC və CONMEBOL daxil olmaqla bir sıra futbol qurumları təşəbbüsə qarşı çıxıb.
FIFA-nın təklifi kişi və qadın dünya çempionatlarının kommersiya hüquqlarını idarə edəcək ayrıca şirkətin yaradılmasını nəzərdə tuturdu. Təşkilat bu layihənin milyardlarla dollar gəlir gətirə biləcəyini bildirmişdi.
