Sizin reklam burada
Sizin reklam burada
  • DÇ-2026: Ronaldu Matteusa çatıb, Bellinqem siyahıda irəliləyib

    Futbol üzrə dünya çempionatının (DÇ) qrup mərhələsində keçirilən son oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

    İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem 23 yaşınadək dünya çempionatlarında keçirdiyi oyunların sayını 8-ə çatdıraraq bu göstəricidə Şimali İrlandiyanın sabiq futbolçusu Norman Uaytsaydla birlikdə ikinci pilləyə yüksəlib. Siyahıya 9 oyunla İngiltərə yığmasının keçmiş hücumçusu Maykl Ouen başçılıq edir.

    Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını 25-ə çatdırıb. O, bu göstəricidə Almaniya millisinin əfsanəvi futbolçusu Lotar Matteusla birlikdə ikinci yeri bölüşür.

    Argentina yığmasının yarımmüdafiəçisi Covani Lo Çelso milli komandada vurduğu qolların sayını 5-ə yüksəldib. Onun bu qollarından 4-ü ABŞ-də keçirilən matçlarda qeydə alınıb. Maraqlıdır ki, futbolçu həmin qolların hər birini fərqli şəhərdə – Los-Anceles, Filadelfiya, Mayami və Dallasda vurub.

    Əlcəzair millisinin futbolçusu Riyad Mahrez isə dünya çempionatı tarixində bir oyunda dubl edən ikinci əlcəzairli kimi tarixə düşüb. Buna qədər bu uğura yalnız Salah Əsəd 1982-ci ildə Çili yığmasına qarşı keçirilən görüşdə imza atmışdı.

    Qeyd edək ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ