Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

    ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanı və Uruqvay milliləri qarşılaşıblar.

    Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

    Səudiyyə Ərəbistanı yığmasının heyətində Abdullah Əl-Əmri 41-ci dəqiqədə fərqlənib. Uruqvayın bərabərlik qolunu isə Maksimiliano Arauxo 80-ci dəqiqədə vurub.

    Hər iki komanda G qrupunda mübarizə aparır.

    İkinci turda Səudiyyə Ərəbistanı millisi iyunun 21-də İspaniya ilə üz-üzə gələcək. Uruqvay isə iyunun 22-nə keçən gecə Kabo-Verde ilə qarşılaşacaq.

    ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ