Bakı Tennis Akademiyasında baş tutan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Slovakiya, Fransa, Avstraliya, Özbəkistan, Hindistan, Ukrayna, Türkmənistan və Macarıstandan olan idmançılar, həmçinin neytral statusda çıxış edən tennisçilər mübarizə aparıblar.
Oğlanların fərdi yarışında Kuzey Kerem Bayrak birinci, Samuel Şifano isə ikinci olublar. Qızların fərdi yarışında Polina Kaşitsuna birinci, Leyla Şahmuradova isə ikinci yeri tutub.
Oğlanların qoşa yarışında Luka İlesku və Samuel Şifano cütlüyü qalib gəlib. Aleksandr Burmakin və Mert Efe Zaim cütlüyü ikinci olub. Qızların qoşa yarışında Lilyen Kubalova və Aleksandra Talina çempion adını qazanıb. Polina Kaşitsuna və Vladislava Slelina cütlüyü isə turniri ikinci pillədə başa vurublar.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli təqdim ediblər.
