Bu sözləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yeniyetmə güləşçisi Əli Cavadlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.
45 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarışa uğurlu başladığını bildirib: “İlk görüşdə Bolqarıstan təmsilçisini 8:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldim. Növbəti mərhələdə Ermənistan idmançısı üzərində 7:1 hesablı qələbə qazandım. Yarımfinalda Gürcüstan güləşçisi ilə gərgin keçən qarşılaşmadan 7:6 hesabı ilə qalib ayrıldım. Finalda isə Rusiya təmsilçisini 9:1 hesabı ilə məğlub edərək Avropa çempionu oldum. Final görüşündə daha çox hücum üslubuna üstünlük verdim. Qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsü ələ aldım və parterdə üstünlük qazanaraq qələbəyə nail oldum. Bu uğurumu şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. Əsas məqsədim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır”.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Avropa çempionatını 6 medalla başa vurub.
