Son oyun günündə iki qarşılaşma keçirilib.
İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real Madrid” Almaniyada çətin səfər oyununa çıxıb. Qarşılaşma 4:3 hesabı ilə Münxen təmsilçisinin xeyrinə başa çatıb. "Kral klubu"nun heyətində qollardan ikisini türk yarımmüdafiəçi Arda Gülər vurub. Bu nəticə ilə "Bavariya" növbəti mərhələyə yüksəlib.
Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında olub. Lissabondakı birinci oyunda 1:0 hesablı qələbə qazanan London klubu doğma meydanda qolsuz heç-heçə edərək adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinalda "Bavariya" Fransanın PSJ, "Arsenal" isə İspaniyanın "Atletiko Madrid" klubu ilə qarşılaşacaq.
