Bu sözləri İranın idman və gənclər naziri Əhməd Dünyamalı futbol yığmasının ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Nazir bildirib ki, ABŞ və İsraillə hazırkı vəziyyət nə qədər normallaşsa, milli komandanın mundialda iştirak ehtimalı bir o qədər yüksək olar: “Gərginlik nə qədər çox olsa, bir sıra zəruri amilləri nəzərə alaraq, daha çox qərar qəbul etməli olacağıq".
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.
