Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olur

    Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

    İlk oyun günündə iki qarşılaşma keçiriləcək. Bununla da yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq

    İspaniya təmsilçilərindən "Barselona” "Atletiko Madrid"in qonağı olacaq. İngiltərənin "Liverpul" komandası isə doğma meydanda Fransanın PSJ klubunu qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    “Barselona” və “Liverpul” ilk görüşdə rəqiblərinə 0:2 hesabı ilə məğlub olub.

    UEFA Çempionlar Liqası

    1/4 final

    14 aprel

    23:00. "Atletiko Madrid" (İspaniya) - "Barselona" (İspaniya)

    İlk oyun - 2:0.

    23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)

    İlk oyun - 0:2.

    Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 15-də keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ