Sizin reklam burada
Sizin reklam burada
  • UEFA Çempionlar Liqası: “Dinamo” - “Qarabağ” oyunu başa çatıb YENİLƏNİB-6

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında oyun başa çatıb.
    Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
    "Dinamo"nun heyətində Marko Pyasa və Sandro Kulenoviç (2 qol) fərqləniblər.
    Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    00:52

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə üçüncü qol vurulub.
    Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 80-ci dəqiqəsində meydan sahiblərinin heyətində Sandro Kulenoviç dubl edib.
    Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.

    00:50

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci qol vurulub.
    Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 75-ci dəqiqəsində meydan sahiblərinin heyətində Sandro Kulenoviç fərqlənib.
    Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.

    00:07

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci hissə başlayıb.
    Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra meydan sahibləri 1:0 hesabı ilə qalib gəlir.
    Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.

    23:54

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ilk hissə başa çatıb.
    Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmada fasiləyə meydan sahibləri 1:0 hesabı ilə üstün yollanıb.
    Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ