"Məqsədimiz Dünya və Avropa çempionu yetişdirməkdir" - Şamil Əbilov
İdman
18-08-2024, 21:33
306
Ötən gün "Viləş" idman klubunun rəhbərliyi ilə "Narkomaniyadan və pis vərdişlərdən uzaq duraq" devzi altında tədbir keçirilib.Tədbirdə klubun baş məsləhətçisi Zamir Məmmədov çıxış edərək əvvəlcə qonaqları salamlayıb sonra qazilər və şəhidlərimiz haqqında danışaraq sözünü tamamlayıb. Daha sonra Şamil Əbilov çıxış edərək bildirib ki, idmanla məşğul olan hər insan fiziki cəhətdən tam sağlam olur. Hər bir tələbəmin irəliyə getməsi məni qururlandırır. Məqsədimiz Dünya və Avropa çempionu yetişdirməkdir. Tədbirdə həmçinin valideynlərdən- Bürcəliyev Ceyhun, Məzahir, Aqil, Samir və Elvin çıxış edərək klubun rəhbərinə təşəkkürlərini bildiriblər. İştirakçılar arasında psixoloq Lamiyə xanım çıxışında bildirib ki, bəzi yaş qrupuna aid olan uşaqlarda tez-tez psixoloji gərginliklər aşkar olunur və bu zaman uşaqları nəzarətdə saxlayaraq mütləq psixoloqlara müraciət etməyiniz vacibdir. Qeyd edək ki, tədbirdə Həkimlər Tünzalə xanım və Şəbnəm xanım da iştirak edib. Rəqqasə Elvina xanımın milli rəqs oynaması diqqəti cəlb edərək tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb. Sonda tədbir iştirakçılarına və fərqlənən idmançılara "Viləş" idman klubu adından sertifikatlar və təşəkkürnamələr təqdim edilmişdir.
Aybəniz Abdulova AJB-nin üzvi, araşdırmaçı jurnalist