53 yaşlı mütəxəssisin rəhbərliyi altına ingilislər hər oyuna orta hesabla cəmi 9 zərbə endirib. Konkret məşqçinin tabeliyində olan heç bir komandada belə aşağı göstərici olmayıb. Bu statistika 1980-ci ildən bəri aparılır.
Xatırladaq ki, İngiltərə yığması Avro-2024-ə Serbiya üzərində qələbə (1:0) ilə başlayıb. Qrup mərhələsinin 2-ci turunun oyununda ingilislər Danimarka ilə qarşılaşıb.
Oyun iyunun 20-də baş tutub və 1:1 hesabı ilə heç-heçə başa çatıb. İki turdan sonra İngiltərə dörd xalla C kvartetinin qrup mərhələsində liderdir.
