Məlumat üçün bildirək ki, T. Abdullazadə federasiyanın baş katibinin müavini vəzifəsində çalışırdı.
Tamerlan Musa oğlu Abdullazadə 1991-ci ildə Gəncə şəhərində anadan olub.
2009-2013-cü illərdə Beynəlxalq Münasibətlər, 2014-2018-ci illərdə isə Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini bitirib.
Bir sıra xarici ölkələrdə idarəetmə sahəsində proqramlara, treninq və seminarlara qatılaraq müvafiq sertifikatlar əldə edib.
Beynəlxalq Koçluq Federasiyasının üzvüdür.
10 ildən artıq olan müddətdə həm dövlət, həm da özəl sahələrdə rəhbər vəzifələrdə çalışıb. Rus, İngilis və Türk dillərini bilir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Son iş yeri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibin müavini olub.
Ailəlidir- 2 övladı var.
