Sizin reklam burada
Sizin reklam burada
  • Məşqçilərə sertifikatlar təqdim edilib

    Ötən gün Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, AKF-nin Prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyevin sədrliyi ilə keçirilən iclasda məşqçi-müəllimlər üçün təşkil edilmiş imtahan və seminarların gedişatı, eləcə də onların sertifikatlaşdırılmasının davam etdirilməsi, habelə digər məsələlər müzakirə olunub.
    İclasın sonunda məşqçilik kursunu müvəffəqiyyətlə keçən məşqçilərə sertifikatlar təqdim edilib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ