Sizin reklam burada
Sizin reklam burada
  • 5 Mart Bədən tərbiyəsi və idman günüdür

    Abasov Elnur Ədalət oğlu,
    İctimai xadim

    Azərbaycan VKC- növləri üzrə Karate Federasiyası nəzərinizə çatdırır ki,Azərbaycan Respublikasının Prezidenti və eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidenti İlham Heydər oğlu Əliyevin idmana göstərdiyi böyük qayğının nəticəsi olaraq Azərbaycanda idmanın bütün növlərinə geniş maraq artmışdır.Nəzərə almaq lazımdır ki,elə bu səbəbdən də idmanla məşğul olan yeniyetmə və gənclərdə vətənpərvərlik hissləri daha da artır.Buna nümunə olaraq 44 günlük Vətən Müharibəsini misal çəkmək olar.
    Eyni zamanda müharibə dövründə istər Federasiyamızın idarə heyəti,istərsə də idmançılarımız Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək, ön və arxa cəbhədə Vətən naminə əllərindən gələni əsirgəmədilər.
    Eyniliklə VKC- növləri üzrə Karate Federasiyasının idmançıları dünya və Avropa miqyaslı yarışlarda iştirak edərək vətənə qızıl,gümüş və bürünc medallarla dönmüşlər.
    İlk dəfə təməli
    1993-cü ildə qoyuımuş Azərbaycan “Rza bəy Sulduz”oğlu Şərq Təkbətək döyüş növləri klubu,daha sonra,1995-ci ildə Azərbaycan Qocyu-Ryu Karate-do Federasiyası kimi fəaliyyət göstərmişdir.
    1997-ci ildə isə Ümümdünya Karate Konfederasiyasının üzvü sonradan federasiyanın adı dəyişilərək VKC- növləri üzrə Azərbaycan Karate Federasiyası kimi fəaliyyətini davam etdirdi.
    Hal-hazırda Respublikanın bir çox rayonlarında klublarımız fəaliyyət göstərir.Dəfələrlə Beynəlxalq Avropa və Dünya cempionatlarında ölkəmizi layiqli təmsil edirik.Federasiyanın bir çox məşqçi və idmançıları göstədikləri yüksək nəticələrə görə ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş və mükafatlandırılmışdır.
    Federasiyanın idarə heyyəti və məşqçiləri hal-hazır da 2024-cü ildə keçiriləcək Respublika Beynəlxalq-Avropa və Dünya cempionatlarına hazırlıq məşqləri keçirirdir.
    5mart Bədən tərbiyə və İdman günü münasibəti ilə Federasiyamızın idarə heyəti:
    İctimai Xadim,Federasiyanın Fəxri prezidenti Abasov Elnur Ədalət oğlu,Federasiyanın prezidenti Quliyev Nurəddin Xankişi oğlu,Federasiyanın 1-ci Vitse prezidenti Qulusoy Nurlan Nurəddin oğlu və Federasiyanın icraçı katibi Abasov Mövsümağa Ədalət oğlu Azərbaycan idmançılarını təbrik edir!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ