Sizin reklam burada
Sizin reklam burada
  • Premyer Liqada 8 ildən sonra əlamətdar gün

    Misli Premyer Liqasının 22-ci turunun “Zirə” – “Sumqayıt” matçı 2 penaltinin qolla nəticələnməməsi ilə əlamətdar olub.
    Meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan Rövlan Muradov 11 metrlik cərimə zərbəsindən yararlanmayıb.
    Bir matçda ən azı 2 penaltinin dəqiq olmaması sonuncu dəfə 2015/16 mövsümündə yaşanıb. 8 il əvvəl “İnter”lə “Sumqayıt”ın görüşündə (2:2) üç belə zərbə uğursuz alınıb.
    2016-cı il mayın 1-dəki matçda Nika Kvekveskiri qonaqları, Ağabala Ramazanovla Vaqif Cavadov meydan sahiblərini məyus edə bilməyib.
    Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ