Sizin reklam burada
Sizin reklam burada
  • " İrəvan " futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşada bildi

    Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan I Liqasında 7-ci turun oyunları keçirilir
    Bu gün “İrəvan” futbol komandasının Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda "Mingəçevir" futbol komandası ilə oyunu baş tutub.
    Bunula baglı "atributinfo.az"-a danışan “İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı deyib:
    -"Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İrəvan” komandası 2:0 hesabı ilə "Mingəçevir" futbol komandasını məğlub edib.
    Xatırladaq ki, "İrəvan" futbol komandasının baş məşqçisi Nazim Süleymanovdur.
    Oyunu izləyənlər sırasında “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov , klubun prezidenti Zahid Niyazəliyev, vitse-prezidentlər Həsən Həsənov və Canbaxış Hüseynov da olub."- Mübariz Süeymanlı deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ