Sizin reklam burada
Sizin reklam burada
  • UEFA Konfrans Liqası: “Fənərbağça” qələbə qazanıb, “Beşiktaş” məğlub oldu

    UEFA Konfrans Liqasında ikinci turun oyunları keçirilib.
    Türkiyə təmsilçisi “Beşiktaş” öz meydanında İsveçrənin “Luqano” klubuna məğlub olub – 2:3. “Qara qartallar” oyunun gedişində 2:0 hesablı üstünlük əldə etsələr də, matçın son 10 dəqiqəsində qapısından 3 top buraxıb.
    Türkiyənin digər təmsilçisi “Fənərbağça” isə səfərdə Slovakiyanın “Spartak Trnava” klubu ilə qarşılaşıb. İsmail Kartalın yetirmələri bu oyunda da qələbə qazanıblar - 3:1.
    Qeyd edək ki, bu, “Fənərbağça”nın bu mövsüm bütün turnirlər daxil olmaqla qazandığı ardıcıl 15-ci qələbə olub.
    Azərbaycanlı futbolçu Mahir Əmrəlinin forma geyindiyi “Dinamo Zaqreb” isə səfərdə Kosovonun “Balkani” klubuna gözlənilmədən uduzub – 0:2. Mahir Əmrəli bu oyunda 46-cı dəqiqədə meydana daxil olub.
    Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
    “Astana” – “Plzen” – 1:2
    “Budo-Qlimt” – “Brügge” – 0:1
    “Breydablik” – “Zorya” – 0:1
    “Gent” – “Makkabi Təl-Əviv” – 2:0
    “Klaksvik” – “Lill” – 0:0
    “Olimpiya Lyublyana” – “Slovan Bratislava” – 0:1
    “Aberdin” – “HİK” – 1:1
    “Aston Villa” – “Zrinski” – 1:0
    “AZ Alkmaar” – “Legiya” – 1:0
    “Çukariçki” – “Genk” – 0:2
    “Fiorentina” – “Ferentsfaroş” – 2:2
    “Norşelland” – “Ludoqorets” – 7:1
    PAOK – “Ayntraxt” – 2:1.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ