22 yaşlı futbolçu Nitsa yaxınlığında yerləşən körpünün üzərində dayanaraq 100 metrdən çox hündürlükdən özünü atmaq istəyib.
Hadisə yerinə müxtəlif təcili yardım xidmətləri, klubun psixoloqu göndərilib. Körpüdə nəqliyyatın hərəkəti kəsilib və nəticədə 5 kilometrlik tıxac yaranıb.
Bir neçə saatlıq danışıqlardan sonra oyunçu körpüdən götürülüb. Futbolçu sağ-salamatdır və həyati təhlükəsi yoxdur.
Fransa mətbuatın yazdığına görə, Bek-Bekin bu cür hərəkətlərinə səbəb sevgilisindən ayrılması olub. Lakin futbolçunun nümayəndələri bu məlumatı təkzib edirlər .
/atributinfo.az/
