Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
İdman
25-09-2023, 10:47
206
Atributinfo.az xəbər verir ki, Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun paytaxtı Limada keçirilən dünya çempionatında qızıl medal qazanıb. Para-atlet 50 metrə məsafəyə atışda 220,5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı bu nəticə ilə "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.