İdman gimnastımız beynəlxalq turnirdə finala vəsiqə qazanıb
İdman
3-09-2023, 12:38
197
Atributinfo.az xəbər verir ki, Azərbaycanın idman gimnastı İvan Tixonov Rumıniyanın Buxarest şəhərində keçirilən “RoamGym Trophy 2023” beynəlxalq turnirində finala yüksəlib. Federasiyadan verilən məlumata görə, 27 yaşlı idmançı iki növdə uğurlu nəticəyə imza atıb. Tixonov dəstəkli at və paralel qollarla hərəkətlərdə finala vəsiqə əldə edib.