Klub bu barədə rəsmi feysbuk hesabından paylaşın edib.
“Hörmətli azarkeşlər, “Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, - deyə yazıda vurğulanıb.
Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və “Qarabağ” 2:0 hesabı ilə öndədir.
/atributinfo.az/
