Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyada Beynəlxalq Universitet İdman Festivalının açılış mərasimi keçirilib

    Atributinfo.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının təntənəli açılış mərasimi keçirilib.
    Tədbir Yekaterinburq Beynəlxalq Sərgi Mərkəzində təşkil olunub.
    İlk olaraq festivalda iştirak edən ölkələrin bayraqlarının paradı gerçəkləşib.
    Daha sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin festival iştirakçılarına təbrik məktubunu Prezidentin köməkçisi İqor Levitin oxuyub, ölkənin Dövlət Himni səsləndirilib.
    Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin və Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşev Yekaterinburq şəhəri, həmçinin onun universitetləri barədə danışıblar, Rusiyanın bir çox görkəmli idmançılarının buradan çıxdığını qonaqların diqqətinə çatdırıblar.
    Digər çıxış edənlər bu festivalın əhəmiyyətindən bəhs ediblər, hər bir iştirakçıya uğurlar arzulayaraq onların gələcəkdə daha çox nailiyyət əldə edəcəklərinə inandıqlarını bildiriblər.
    Beynəlxalq Universitet İdman Festivalının açılış mərasimi musiqili şou proqram və müxtəlif səhnəciklərlə başa çatıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ