Sizin reklam burada
Sizin reklam burada
  • "Qarabağ" Şahruddinə əvəzedici tapdı - Bu gün Bakıya gəlir

    Atributinfo.az xəbər verir ki, "Qarabağ" "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevlə razılaşıb.
    32 yaşlı qolkiper bu gün Bakıya gələcək. O, sabah tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey “Qarabağ”a azad agent kimi keçib.
    Qeyd edək ki, Lunyov karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.
    Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ