Atributinfo.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” qarşılaşıb.
Oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.
Penaltiləri daha dəqiq yerinə yetirən ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.
/atributinfo.az/
