İcra başçısı Elvin Paşayev idmançıları təbrik edərək, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. 44 günlük Vətən Müharibəsindəki Zəfərdə idmançılarımızın da payı az olmadı. Həmişə beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar.
Əlavə olaraq qeyd olunub ki, Respublika Güləş Federasiyasının təşkilatçılığı ilə perspektivli gənclərin üzə çıxarılmasına və güləşə cəlb olunmasına, eyni zamanda güləş idman növünün kütləviliyinin artırılmasına xüsusi diqqət göstərilir.
İdmançılar onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.
Zahir Məmmədov
"Atributinfo.az"
