Publika.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bağlılığı ilə tanınan “Araz-Naxçıvan” təkcə cərimə ilə canını qurtarmayacaq. Naxçıvanın yeni rəhbərliyi bu xəbərdən sonra növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış etməyi planlanlaşdıran klubun fəaliyyətinə nəzarət etmək qərarına gəlib.
Artıq Naxçıvan təmsilçisində maliyyə yoxlanışları başlayıb. Kluba ayrılan büdcənin hara xərcləndiyi dəqiqliklə araşdırılır. Hətta klub rəhbərliyi ilə bağlı bu barədə söhbət də olub. Təkcə rəhbərlik deyil, işçilər, məşqçi və futbolçu heyəti də sorğu-sual olunur. Bunun səbəbi klubda maxinasiyaların olub-olmadığını araşdırmaqdır.
Ciddi maliyyə pozuntusu aşkarlanarsa, "Araz Naxçıvan"ın Premyer Liqaya qayıdışı yubana bilər.
