Sizin reklam burada
Sizin reklam burada

Neymar dünya çempionatının ilk oyununda zədə alıb

Braziliya millisinin hücumçusu Neymar Serbiya yığması ilə futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuğundan zədə alıb.
Bu barədə Braziliya komandasının həkimi Rodriqo Lesmar deyib.
Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.
"Neymarda sağ topuğunun burxulması qeydə alınıb. O hissə şişəndən dərhal sonra biz ehtiyat skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat almaq üçün 24-48 saat gözləmək lazımdır", - deyə həkim bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ